ADPU Türkiyənin ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrini genişləndirir

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Bartın Universiteti və Kayseri Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Bartın Universitetinin rektoru Orxan Uzun “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, o cümlədən, qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar.

 

Həmçinin Kayseri Universitetinin nümayəndə heyəti ilə görüşün sonunda rektorlar- Cəfər Cəfərov və Qurtuluş Qaramustafa universitetlər arasında akademik əməkdaşlığa dair protokola imza atıblar.

 

 



04.06.2022 | 11:46