Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Bartın Universiteti və Kayseri Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında bir-birlərinə ətraflı məlumat verib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Bartın Universitetinin rektoru Orxan Uzun “Erasmus+” və “Mövlanə” mübadilə proqramları üzrə müqavilə, o cümlədən, qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar.

 

Həmçinin Kayseri Universitetinin nümayəndə heyəti ilə görüşün sonunda rektorlar- Cəfər Cəfərov və Qurtuluş Qaramustafa universitetlər arasında akademik əməkdaşlığa dair protokola imza atıblar.