Təlim proqramını uğurla başa vuran tələbələr işlə təmin olunacaq

Bakı Dövlət Universiteti ilə "ARB24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim proqramına start verilib.

 

Jurnalistika fakültəsinin müsahibə mərhələlərindən uğurla keçən 10 tələbəsi 3 ay müddətində praktik təlimlərə cəlb ediləcək. Təlim proqramı ərzində həftədə 3 məşğələnin keçirilməsi planlaşdırılır. Onlardan ikisi jurnalistika fakültəsinin Tele-radio studiyasında, biri isə "ARB 24" telekanalında keçiriləcək.

 

Təlim proqramını uğurla başa vuran tələbələrin 50 faizi “ARB 24” telekanalında işlə təmin olunacaq.

 



07.06.2022 | 13:29