Bakı Dövlət Universiteti ilə "ARB24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində "ARB 24 NewsLab" təlim proqramına start verilib.

 

Jurnalistika fakültəsinin müsahibə mərhələlərindən uğurla keçən 10 tələbəsi 3 ay müddətində praktik təlimlərə cəlb ediləcək. Təlim proqramı ərzində həftədə 3 məşğələnin keçirilməsi planlaşdırılır. Onlardan ikisi jurnalistika fakültəsinin Tele-radio studiyasında, biri isə "ARB 24" telekanalında keçiriləcək.

 

Təlim proqramını uğurla başa vuran tələbələrin 50 faizi “ARB 24” telekanalında işlə təmin olunacaq.