UNEC-in İnformasiya təhlükəsizliyi ixtisasına ingilis dilində qəbul aparılacaq

Bu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bakalavr səviyyəsi üzrə İnformasiya təhlükəsizliyi ixtisasına azərbaycan və rus dilləri ilə yanaşı, ingilis dilində də qəbul aparılacaq.

 

Tələbələr UNEC-in yeni tədris binasında İnformasiya təhlükəsizliyi ixtisası üzrə 3 dildə, qlоbаl əmək bаzаrının tələblərinə cavab verə bilən, peşəkar, eyni zamanda хаricidilli mütəхəssis kimi hazırlanacaqlar.

 

Qeyd edək ki, UNEC-in rəqəmsal iqtisadiyyat fakültəsində İnformasiya təhlükəsizliyi ixtisası ilə yanaşı, Kompüter elmləri, Sistem mühəndisliyi, İnformasiya texnologiyaları və Kommunikasiya sistemləri mühəndisliyi ixtisasları tədris olunur.

 

 



22.06.2022 | 10:27