Bu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bakalavr səviyyəsi üzrə İnformasiya təhlükəsizliyi ixtisasına azərbaycan və rus dilləri ilə yanaşı, ingilis dilində də qəbul aparılacaq.

 

Tələbələr UNEC-in yeni tədris binasında İnformasiya təhlükəsizliyi ixtisası üzrə 3 dildə, qlоbаl əmək bаzаrının tələblərinə cavab verə bilən, peşəkar, eyni zamanda хаricidilli mütəхəssis kimi hazırlanacaqlar.

 

Qeyd edək ki, UNEC-in rəqəmsal iqtisadiyyat fakültəsində İnformasiya təhlükəsizliyi ixtisası ilə yanaşı, Kompüter elmləri, Sistem mühəndisliyi, İnformasiya texnologiyaları və Kommunikasiya sistemləri mühəndisliyi ixtisasları tədris olunur.