İyulun 19-da regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün növbəyə yazılma prosesinə başlanılıb.

 

Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu günə qədər artıq 24 543 nəfər növbəyə yazılıb.

 

Qeyd olunub ki, boş yerlər üzrə növbələr 5 gün ərzində sorğuya çevriləcək.

 

Valideynlər keçid (https://edu.gov.az/.../2024/novbe-olmayan-baxcalar.pdf) vasitəsilə təhsil müəssisələrinə müvafiq olaraq qrup və boş yerlərin sayı ilə tanış ola  bilərlər.

 

Xatırladaq ki, Bakı şəhəri üzrə bağça seçimi 26 iyul tarixində 4-5, 5-6 və 3-6 yaş qrupu üçün saat 11-də,  1-2, 2-3, 3-4 və 1-3 yaş qrupu üçün isə saat 3-də başlayacaq.