Yüksək balla Pedaqoji Universiteti seçən əkiz bacılar

Bu ilin tələbə qəbulu müsabiqəsində iştirak edərək yüksək nəticə göstərən Zümrüd Tağızadə 651.9 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub.

 

O, 2022-ci ildə ADPU-ya ən yüksək balla qəbul olunan tələbədir.

 

Qeyd edək ki, Zümrüd orta məktəbi fərqlənmə diplomu ilə bitirib.

 

Zümrüdün əkiz bacısı Yaqut Tağızadə də qəbul imtahanlarında 586.3 bal toplayaraq ADPU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olunub. Zümrüd və Yaqut bacıları Bakı şəhəri V.Mirzəliyev adına 281 saylı məktəbin məzunlarıdır.

 

Bu barədə ADPU-dan bildirilib.

 

 



07.09.2022 | 17:23