Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ərizələrin qəbulu 15 mart saat 23:59-dək davam edəcək.

 

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

 

15 mart saat 09:00-a olan məlumata əsasən, 102206 abituriyent öz ərizəsini təsdiq edib.

 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

 



15.03.2023 | 10:05