Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ərizələrin qəbulu 15 mart saat 23:59-dək davam edəcək.

 

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

 

15 mart saat 09:00-a olan məlumata əsasən, 102206 abituriyent öz ərizəsini təsdiq edib.

 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.