“eazi START” Startap və İnnovasiya Mərkəzi “Ecosystem Autumn Meetup” -da uğurla iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “eazi START” Startap və İnnovasiya Mərkəzi “Ecosystem Autumn Meetup” tədbirində iştirak edib.

 

Payız görüşündə yerli #ekosistem oyunçuları ilə görülən işlər, həmçinin  yeni imkanlar və gələcək planlar müzakirə edilib. 

 

Görüşdə 2023-cü ilin 3-cü rübünün innovasiya ekosisteminin dinamikliyi ilə yaddaqalan olduğu bildirilib. Görüşdə həmçinin, son 3 ayda startap ekosisteminin inkişafının təşviqi üçün “Founders Academy”, “Viveka”, “Startup Wise Guys” proqramları haqqında məlumat verilib.

 

Payız “meetup”-da iştirak edən ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılov mərkəzin 8 illik fəaliyyəti və gələcək proqramları haqqında danışıb.

 

Ümumilikdə ADNSU-nun 3 əməkdaşı “Vivek mentorship”  proqramında uğurla iştirak edib. 

 

Qeyd edək ki, artıq ənənə halını almış bu “meetup”lar innovasiya ekosisteminin oyunçuları üçün təcrübə, bilik, nailiyyətlər və planlar mübadiləsi baxımından əlverişli platformaya çevrilib.

 

 



19.09.2023 | 12:13