Bakı Ali Neft Məktəbinin “AZE 86.6” komandası Panamada Azərbaycanı təmsil edir

Bakı Ali Neft Məktəbinin (BANM) “AZE 86.6” komandası Panama Respublikasında keçirilən Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil edir.

 

“AZE 86.6” komandasının üzvləri BANM-ın “Kompüter mühəndisliyi” ixtisasının tələbələri Əlehsan Əliyev, Emin Orucov və İsmayıl Mirzəağayevdir. 

 

Qeyd edək ki, BANM tələbələri Bakıda VI Robot Olimpiadasının final mərhələsində “Future Engineers” kateqoriyasında I yerin qalibi olub və Panamada keçiriləcək final mərhələsində təmsil olunmaq hüququ qazanıblar.

 

Dünya Robot Olimpiadasının keçirilmə tarixi 7-9 noyabrdır.

 



07.11.2023 | 12:28