Bakı Ali Neft Məktəbinin (BANM) “AZE 86.6” komandası Panama Respublikasında keçirilən Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil edir.

 

“AZE 86.6” komandasının üzvləri BANM-ın “Kompüter mühəndisliyi” ixtisasının tələbələri Əlehsan Əliyev, Emin Orucov və İsmayıl Mirzəağayevdir. 

 

Qeyd edək ki, BANM tələbələri Bakıda VI Robot Olimpiadasının final mərhələsində “Future Engineers” kateqoriyasında I yerin qalibi olub və Panamada keçiriləcək final mərhələsində təmsil olunmaq hüququ qazanıblar.

 

Dünya Robot Olimpiadasının keçirilmə tarixi 7-9 noyabrdır.