İstanbul Bahçeşehir Universiteti ilə AzTU arasında əməkdaşlıq imkanları müzakirə olunub
Türkiyənin İstanbul Bahçeşehir Universitetinin rektoru professor Esra Hatipoğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
 
AzTU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqlar rektor professor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor V.Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara ətraflı məlumat verib.
 
Esra Hatipoğlu isə İstanbul Bahçeşehir Universitetinin fəaliyyəti barədə danışıb. 
 
Görüşdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.


23.05.2024 | 10:54