Türkiyənin İstanbul Bahçeşehir Universitetinin rektoru professor Esra Hatipoğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.
 
AzTU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqlar rektor professor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor V.Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara ətraflı məlumat verib.
 
Esra Hatipoğlu isə İstanbul Bahçeşehir Universitetinin fəaliyyəti barədə danışıb. 
 
Görüşdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.