Macarıstanın Debrecen şəhərində keçirilən tələbələr arasında futzal idman növü üzrə 5-ci Avropa Universitet Oyunlarında növbəti uğur əldə olunub. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, sözügedən yarışda ölkəmizi təmsil edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası dörddə bir mərhələyə vəsiqə qazanıb. 
 
Qeyd edək ki, komandamız oyunlara başladığı müddətdən Macarıstan, Almaniya və Polşa təmsilçilərinə qalib gəlib.