Naxçıvan məktəblisi Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb

Naxçıvan məktəblisi Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.

 

Bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əlican Hüseyinli Sinqapurda keçirilən SASMO Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.



24.07.2024 | 18:35