Naxçıvan məktəblisi Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.

 

Bu barədə "Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Babək rayon Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əlican Hüseyinli Sinqapurda keçirilən SASMO Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medala layiq görülüb.