"Yüksəliş" müsabiqəsinin qalibi Təhsilin İnkişafı Fondunda şöbə müdiri təyin olunub
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Rəsul Həşimov Təhsilin İnkişafı Fondunda Layihələrin idarəolunması şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Yüksəliş müsabiqəsindən məlumat verilib. 
 
Rəsul Həşimov 1997-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavriat, iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura təhsili alıb.


02.08.2024 | 13:01