Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Rəsul Həşimov Təhsilin İnkişafı Fondunda Layihələrin idarəolunması şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Yüksəliş müsabiqəsindən məlumat verilib. 
 
Rəsul Həşimov 1997-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavriat, iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə magistratura təhsili alıb.