Rusiya məktəblərində yenilik | |
Rusiya məktəblərində yeni müəllim vəzifələrinin tətbiqinə başlanılacaq. “Uçitelskaya qazeta”nın məlumatına əsasən, uşaqlarla məşğul olmaq üçün “baş müəllim” (metodist) və “aparıcı müəllim” (rəhbər) vəzifələri müəyyən olunub. Maarif Nazirliyi artıq Rusiya Federasiyası hökumətinə təqdim olunmaq üçün “Pedaqoji işçilərin vəzifələrinin təsnifatında dəyişikliklərin edilməsinə dair” qətnamə layihəsini hazırlayıb. Sənəd hüquq müstəvisində bu iki yeni vəzifəni təsdiq edəcək.
Rusiya Federasiyasının maarif naziri Olqa Vasilyevanın sözlərinə görə, rəhbərlik etdiyi qurumda həmçinin pedaqoqların attestasiyasının yeni modeli müzakirə olunub. Model artıq 2020-ci ildə tətbiqini tapmalıdır. Müəllim inkişafının milli sistemi özündə bir neçə elementi birləşdirir: ixtisas dərəcələrinin artırılması, pedaqoji təhsil, pedaqoqun peşəkar standartı, müəllim peşəsinin nüfuzunun artması və attestasiya. Sonuncu əhəmiyyətli dərəcədə dəyişəcək. Hazırda attestasiyanın yeni modelinin ictimai müzakirəsi keçir.
“Biz pedaqoqlarımızın elə bir attestasiyası modelini yaratmaq istəyirik ki, onların peşəkar inkişafında əsl stimul olsun, heç bir portfolio və bir yığım sənəd olmadan iş yerində attestasiyadan keçməyə imkan versin”, - deyə O.Vasilyeva bildirib. Onun sözlərinə görə, pedaqoqlar da həkimlər kimi “peşəyə imtahan verməklə” başlamalıdır. |
|
![]() |
24.11.2018 | 13:41 |
|
|
|