Təlim iştirakçılarına sertifikatlar verilib

Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzində “Akademik yazı və oxu” təlimində iştirak edən müəllimlərə sertifikatlar verilib.

 

ADU-dan bildirilib ki, təlimdə iştirakçılar peşəkarlıq sahəsində biliklərini artırıblar.

 

“Akademik yazı və oxu” təlimi müəllimlik peşəsinə başlayanlar üçün çox faydalıdır. Belə ki, təlim asan yazı nümunələri – paraqraf, onun quruluşu, əsas və yekun cümlələrin düzgün yazılması, müxtəlif paraqraf nümunələrinin yazı qaydalarının tədrisini nəzərdə tutur.

 



22.01.2019 | 14:31