ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzinin “Akademik yazı və oxu” təlimi başa çatıb


Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzində “Akademik yazı və oxu” təlimində iştirak edən müəllimlərə sertifikatlar verilib.

 

ADU-dan bildirilib ki, təlimdə iştirakçılar peşəkarlıq sahəsində biliklərini artırıblar.

 

“Akademik yazı və oxu” təlimi müəllimlik peşəsinə başlayanlar üçün çox faydalıdır. Belə ki, təlim asan yazı nümunələri – paraqraf, onun quruluşu, əsas və yekun cümlələrin düzgün yazılması, müxtəlif paraqraf nümunələrinin yazı qaydalarının tədrisini nəzərdə tutur.