“Narkomaniya umumbəşəri bəladır” | |
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Bakı şəhəri Baş polis idarəsi və Nərimanov rayon polis idarəsi ilə birgə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.
Tədbiri Təhsil Mərkəzinin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov giriş sözü ilə aç;b. Sonra xüsusi hazırlanmış, dünyada tuğyan edən narkomaniya adlı bəlanın dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Bakı şəhəri BPİ-nin yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova mövzu ilə əlaqədar məruzə edib. Narkomaniya və onun törətdiyi fəsadlardan, narkotik vasitələrin insan həyatı və onun sağlamlığı üçün ziyanlarından, eyni zamanda narkomaniyaya aludə olanların hər cürə hadisələr törədə biləcəyindən geniş bəhs edib.
Bakı şəhəri BPİ-nin Narkotiklərlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili polis mayoru Fikrət Nəsibov çıxış edərək tələbələrə siqaretdən və narkotik vasitələrdən uzaq durmağı tövsiyə edib.
Tədbir iştirakçıların mövzu ətrafında diskussiyası ilə başa çatıb.
Aybəniz Məmmədova Dəmir Yolu və Metropoliten üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktor müavini
|
|
10.02.2019 | 17:11 | |
|
|
|