Dəmir  Yolu və Metropoliten üzrə  Bakı  Dövlət  Peşə  Təhsil  Mərkəzində  Bakı şəhəri Baş polis idarəsi  və Nərimanov  rayon polis idarəsi ilə birgə  “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

 

Tədbiri Təhsil Mərkəzinin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov  giriş sözü ilə aç;b. Sonra xüsusi hazırlanmış, dünyada tuğyan edən narkomaniya adlı bəlanın dəhşətlərini özündə əks etdirən videoçarx  nümayiş etdirilib. Bakı şəhəri BPİ-nin yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova mövzu ilə əlaqədar məruzə edib. Narkomaniya və onun törətdiyi fəsadlardan, narkotik vasitələrin insan həyatı və onun sağlamlığı üçün ziyanlarından, eyni zamanda narkomaniyaya aludə olanların hər cürə hadisələr törədə biləcəyindən geniş bəhs edib.

 

Bakı şəhəri BPİ-nin Narkotiklərlə mübarizə idarəsinin baş əməliyyat müvəkkili polis mayoru Fikrət Nəsibov çıxış edərək tələbələrə siqaretdən və narkotik vasitələrdən uzaq durmağı tövsiyə edib.

 

Tədbir iştirakçıların  mövzu ətrafında diskussiyası  ilə başa çatıb.

 

 

Aybəniz Məmmədova

Dəmir Yolu və Metropoliten üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktor müavini