Məktəbdə “breyn-ring” | |
Bakı şəhəri 175 nömrəli tam orta məktəbdə 6-cı siniflər arasında fizika fənni üzrə “breyn-ring” keçirilib. Tədbir məktəbin müəllimi, fizika üzrə fəlsəfə doktoru Ləman Hüseynli tərəfindən təşkil olunub. Yarışda şagirdlər komandalara ayrılaraq 3 turda mübarızə aparıblar. İlk mərhələdə suallar aprıcılar tərəfindən təqdim olunub , ikinci mərhələdə hər komanda üzrə çıxışlar olub, üçüncü mərhələdə isə komandalar bir-birlərinə suallar verib, düz cavab verənlərə hədiyyələr təqdim ediblər.
Turlar arasında, müəllimlərdən ibarət münsiflər heyəti qiymətləndirmə apararkən uşaqlar fizikaya aid mahnılar oxuyub, təcrübələr , özləri hazırladıqları idarə olunan müxtəlif qurğular nümayiş etdiriblər. Münsiflərin qiymətləndirməsinə əsasən qalib komanda müəyyən edilib. Sonda məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru Tural Mirzəlıyev çıxış edərək tədbirin əhəmiyyətini qeyd edib, onun şagirdlərin fizikaya həvəsləndirilməsində əvəzsiz rolu olduğunu bildirib. Qaliblər məktəb direktoru tərəfindən simvolik qızıl və gümüş medallarla təltif olunub, bütün iştirakçılara diplomlar təqdim ediliib. |
|
18.02.2019 | 13:21 | |
|
|
|