Bakı şəhəri 175 nömrəli tam orta məktəbdə  6-cı siniflər arasında fizika  fənni üzrə  “breyn-ring”  keçirilib. Tədbir məktəbin müəllimi, fizika üzrə fəlsəfə doktoru  Ləman Hüseynli tərəfindən təşkil olunub.   Yarışda şagirdlər  komandalara ayrılaraq 3 turda mübarızə aparıblar. İlk mərhələdə suallar aprıcılar tərəfindən təqdim olunub , ikinci mərhələdə hər komanda  üzrə çıxışlar olub, üçüncü  mərhələdə isə komandalar bir-birlərinə suallar verib, düz cavab verənlərə hədiyyələr təqdim ediblər.

 

Turlar arasında,  müəllimlərdən ibarət  münsiflər heyəti qiymətləndirmə apararkən  uşaqlar  fizikaya aid mahnılar oxuyub, təcrübələr ,  özləri hazırladıqları  idarə olunan  müxtəlif qurğular nümayiş etdiriblər. Münsiflərin qiymətləndirməsinə əsasən qalib komanda müəyyən edilib. Sonda məktəbin direktoru,  filologiya üzrə fəlsəfə doktoru Tural Mirzəlıyev çıxış edərək   tədbirin əhəmiyyətini qeyd edib, onun şagirdlərin fizikaya həvəsləndirilməsində əvəzsiz rolu olduğunu bildirib. Qaliblər məktəb  direktoru  tərəfindən  simvolik qızıl və gümüş medallarla təltif olunub, bütün iştirakçılara diplomlar təqdim ediliib.