Peşə təhsili müəssisələrinə qəbul olunan şəxslərin siyahısı açıqlanıb

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 28 avqust-5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə  3754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

 

Qəbul olunan şəxslərin siyahısı ilə buradan tanış olmaq mümkündür-https://vet.edu.gov.az/uploads/Siyahi.pdf

 

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər:

 

Təhsil haqqında sənədin əsli;

Tibbi arayış;

Şəxsiyyət vəsiqəsi (surəti);

3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;

Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

 



06.09.2019 | 13:17