2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb. 28 avqust-5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə 3754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
Qəbul olunan şəxslərin siyahısı ilə buradan tanış olmaq mümkündür-https://vet.edu.gov.az/uploads/Siyahi.pdf
İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda qeyd olunan sənədləri 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər:
Təhsil haqqında sənədin əsli;
Tibbi arayış;
Şəxsiyyət vəsiqəsi (surəti);
3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;
Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);