Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda ümumi məlumatların mühafizəsi reqlamenti ilə (GDPR) bağlı araşdırmalar aparılır.
 
İstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, GDPR Avropa İttifaqı daxilindəki fərdi məlumatların toplanması və emalı üçün qaydalar təyin edən hüquqi çərçivədir. Burada məqsəd fərdi məlumatların qorunması üçün tədbirləri gücləndirmək, fərdi məlumatlar üzərində nəzarəti fərdlərə həvalə etmək, Avropada məlumatların məxfiliyi haqqında qanunları harmonizasiya etməkdən ibarətdir. Azərbaycanın cari məlumat mühafizəsi qanun və qaydalarına ümumi baxışın yenidən qurulması, ölkəmizdə GDPR prinsiplərinin öyrənilməsi, GDPR tətbiqi üçün strateji yol xəritəsinin hazırlanması, maraqlı tərəflərin cəlb edilməsi, eləcə də Avropa mühitinə inteqrasiyanın asanlaşdırılması qarşıda duran başlıca vəzifələrdəndir.