İyulun 15-dən 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 64 555 vətəndaş müraciəti daxil olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müraciətlərin 46 858-i çağrı mərkəzləri, 6 218-i sosial media, 2 621-i elektron, 1 492-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 7 366 müraciət qeydə alınıb. 
 
Müraciətlər tələbələrin köçürülməsi, məktəbəhazırlıq qruplarına qeydiyyat, peşə təhsili müəssisələrinə tələbə qəbulu, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin işə qəbulu və digər məsələlərlə bağlı olub.