Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi 20:17 hesabı ilə ABŞ yığmasına qalib gəlib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev özünün sosial şəbəkə hesablarında paylaşım edib.
 
"Son olimpiya çempionları üzərində tarixi qələbə münasibətilə basketbolçularımızı təbrik edirəm! Növbəti oyunlarda uğurlar!", - deyə  paylaşımda qeyd olunub.