Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə İdarəetmə Sistemləri İnstitutu arasında anlaşma memorandumu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Memorandum yeni innovativ metodlar tətbiq etməklə təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı məqsədilə hər iki tərəfin apardığı elmi istiqamətlərə uyğun olaraq ümumi maraqlara əsaslananmanı nəzərdə tutur.

 

Anlaşma memorandumunda, konkret  FHN-in Akademiyasında gedən təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, elmi- tədqiqat və kadr hazırlığı sahəsində hər iki müəssisənin maddi-texniki bazasından və kadr potensialından birgə istifadə və digər məsələlər qeyd olunur.

 



08.01.2020 | 11:41