Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Memorandum yeni innovativ metodlar tətbiq etməklə təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı məqsədilə hər iki tərəfin apardığı elmi istiqamətlərə uyğun olaraq ümumi maraqlara əsaslananmanı nəzərdə tutur.

 

Anlaşma memorandumunda, konkret  FHN-in Akademiyasında gedən təhsil prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalata inteqrasiyasının gücləndirilməsi, elmi- tədqiqat və kadr hazırlığı sahəsində hər iki müəssisənin maddi-texniki bazasından və kadr potensialından birgə istifadə və digər məsələlər qeyd olunur.