![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondunda görüş
Bakıya ilk dəfə gəldiyini və
səfərindən məmnun qaldığını söyləyən
R.Veksler ABŞ Konqresinin Cənubi Qafqaz regionunun, xüsusilə
Azərbaycanın inkişafına həmişə maraq göstərdiyini
bildirmiş, Azərbaycandakı dini tolerantlığın
bütün digər ölkələr üçün nümunə olduğunu
vurğulamışdır. Mehriban xanım Əliyeva qonağın bu
səfərinin çox böyük önəm daşıdığını,
ölkələrimiz arasında münasibətlərin bütün
sahələrdə uğurla inkişaf etdiyini bildirmişdir. ABŞ-ın köməyi ilə regionda
həyata keçirilən layihələrin
əhəmiyyətini, Birləşmiş Ştatların
Azərbaycanı həmişə dəstəklədiyini
xatırladan Mehriban xanım müsəlman ölkəsi olan
Azərbaycanda tarixən dini tolerantlığın hökm sürdüyünü
bildirmiş, ölkələrimiz arasında münasibətlərin
daha da dərinləşməsi üçün səylərin artırılmasının
vacibliyini vurğulamışdır. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli məsələsi,
Azadlığa Dəstək Aktına 907-ci düzəlişin
aradan qaldırılması istiqamətində imkanlar, ölkəmizdəki
müasir vəziyyət barədə fikir mübadiləsi aparılmışdır.
AzərTAc
|
![]() |
![]() |
![]() |
![]() |