![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər ƏLİYEV |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı 2008-ci il may ayının 10-da müasir
Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin 85
illiyi tamam olur. Azərbaycan tarixinin taleyüklü
hadisələrlə dolu otuz ildən artıq bir dövrü
Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr
ərzində Heydər Əliyev Azərbaycan dövlətini
və millətini zamanın ən çətin sınaqlarından
çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və
mədəni-mənəvi tərəqqisinə nail olmuş
qüdrətli şəxsiyyətdir. 1969-cu ildə Heydər Əliyevin
hakimiyyətə gəlişindən etibarən respublikamızın
həyatında geniş vüsət alan ictimai-siyasi
proseslər və iqtisadi islahatlar müsbətə doğru
radikal dəyişikliklərə təkan vermişdir. Qısa
müddətdə iqtisadiyyat sahəsində
nailiyyətlər əldə olunmuş,
mədəniyyətin yüksəlişi və milli
mənəvi dəyərlərin dirçəlişi
istiqamətində mühüm addımlar atılmışdır.
O illərdə Heydər Əliyev idarəetmə
fəlsəfəsinin başlıca ideya istiqamətini
milli özünüdərkin güclənməsinə imkan verən sürətli
inkişaf strategiyası təşkil etmişdir. Heydər Əliyev həmin dövrdə özünün
dövlət idarəçiliyi strateji proqramında mədəni
və mənəvi intibahı həmişə
iqtisadiyyatda və sənayedəki uğurlarla
əlaqələndirərək vahid məcrada həyata keçirmişdir.
1969-1982-ci illərdə həyatımızın bütün
sahələrində baş vermiş köklü dəyişikliklər
öz miqyasına görə Azərbaycanın quruculuq
salnaməsində ən dolğun səhifələri
təşkil edir.
|
Bədən tərbiyəsi və idman
sahəsində böyük irəliləyiş, dünya miqyasında
ölkəmizin tanınması və uğurla təmsil
olunması idmanımızın ən böyük himayədarı
olmuş ümummilli lider Heydər Əliyevin diqqət və
qayğısı nəticəsində mümkün olmuşdur.
Hazırda beynəlxalq idman təşkilatları Azərbaycanda idmanın,
olimpiya hərəkatının etibarlı
əllərdə olduğuna görə ölkəmizi
beynəlxalq yarışların
keçirilməsi üçün sabit və inkişafda olan bir dövlət
kimi tanıyırlar. Bütün bunlar məhz ulu öndər
Heydər Əliyevin fəaliyyətinə, eyni zamanda ölkəmizə
verilən yüksək qiymətdir. |
Yeni Azərbaycan Partiyasında mətbuat konfransı
Yeni Azərbaycan Partiyasının idarə
heyətinin üzvü, təhsil naziri Misir Mərdanov təhsil
sahəsində görülən işlərlə bağlı
KİV-ə müntəzəm məlumat verildiyini xatırladaraq
diqqətə çatdırdı ki, bu görüşdə qarşıda
duran vəzifələrdən, 2008-ci ildə təhsil
sistemində həyata keçiriləcək
tədbirlərdən söhbət açılacaq. Təhsil sahəsinin ayrı-ayrı pillələrində müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görüləcək işlər haqqında məlumat verən nazir bildirdi ki, cari ildə bu məqsədlə 196 milyon manat vəsait ayrılıb. |
Uşaq Gənclər İdman Məktəbi şagirdlərin istifadəsinə verildi
Mərasimdə təhsil naziri Misir
Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov,
gənclər və idman nazirinin müavini İsmayıl
İsmayılov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
ülvi Quliyev, Təhsil Nazirliyinin İctimaiyyətlə
əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə
və başqaları iştirak edirdilər. Açılış mərasimini təhsil naziri Misir Mərdanov açaraq son illərdə idman sahəsində həyata keçirilən tədbirlərdən, bu sahədə qazanılan uğurlardan söhbət açdı. Nazir bildirdi ki, son illər Azərbaycan idmançılarının qazandığı qələbələr bu sahəyə ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olmuşdur. |
Müşavirə iştirakçılarını
salamlayan təhsil naziri Misir Mərdanov öncə ölkə
Prezidenti cənab İlham Əliyevin "Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı
bəzi tədbirlər haqqında" sərəncamına
əsasən görülən işlərdən bəhs etdi
və həmin sənədin icrası ilə
əlaqədar "2008-2012-ci illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın hazırlıq
vəziyyəti haqqında məlumat verdi. |
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq British Council-in 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərdiyindən, bu təşkilatın əsas məqsəd və məramından söz açdı. |
Misir Mərdanov qonağa ölkəmizdə peşə
təhsilinin inkişafı istiqamətində görülən
işlər, təsdiq olunmuş Dövlət Proqramı, eyni
zamanda yerli və beynəlxalq qurumlarla birgə bu
sahədə həyata keçirilən tədbirlər haqqında
məlumat verib. Sonra nazir ölkəmizin texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və inkişafı məqsədilə İslam İnkişaf Bankı ilə əməkdaşlığın yaradılması, həyata keçiriləcək yeni layihəyə əsasən bankdan texniki yardım və qrant ayrılması məsələsindən söz açıb. |
|
* Müəssisənin əməkdaşları
heç bir əlavə xərc çəkmədən dünyanın
bütün ölkələrində qəbul olunan aparıcı ödəniş
sistemlərinin beynəlxalq plastik kartlarının sahibi
olurlar. |
Elməddinin
də adı "Qızıl kitab"a yazıldı
Elməddin Samux rayonu İnstitut
qəsəbəsində fəhlə ailəsində anadan
olub. O, beşinci sinfə qədər həmin
qəsəbənin orta məktəbində oxumuş, bu
ildən isə Heydər Əliyev Fondunun və
Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun təşəbbüsü ilə
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində
təhsilini davam etdirməyə başlamışdır. Müasir Təhsil Kompleksinin tədris hissə müdiri Nasim Abışov söhbətində bildirdi ki, Elməddin məktəbdə V sinifdə oxumaqla bərabər, kompleksin nəzdində fəaliyyət göstərən Musiqi məktəbinin muğam şöbəsinin III sinfində oxuyur. Ona respublikanın xalq artisti Mənsum İbrahimov dərs keçir. |
![]() |
![]() |
![]() |
![]() |