![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Dövlət başçısı
əvvəlcə görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın büstünün açılışını
etdi. Sonra məktəbin açılışı
oldu. Prezident İlham Əliyev məktəbin foyesində
ümummilli lider Heydər Əliyevin və akademik
Zərifə Əliyevanın həyat və
fəaliyyətlərini əks etdirən fotostendə baxdı.
|
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan Təhsil Şurasının ümumi yığıncağı keçirildi Yığıncaqda
dövlət başçısı İlham Əliyevin Prezident seçkilərində
namizədliyi irəli sürüldü Aprelin 26-da Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında respublika Təhsil Şurasının
ümumi yığıncağı keçirildi. Yığıncaqda
təhsil naziri Misir Mərdanov, nazir müavinləri,
millət vəkilləri, ali məktəblərin rektorları,
digər təhsil qurumlarının rəhbərləri,
Təhsil Şurasının üzvləri, tanınmış
alimlər, təhsil ictimaiyyətinin nümayəndələri
və media mənsubları iştirak etdilər.
|
Müstəqil
Azərbaycan Heydər Əliyevin şah əsəridir
|
Mayın 1-də Təhsil Nazirliyində
"İlin ən yaxşı müəllimi" və
"İlin ən yaxşı məktəbi" müsabiqələrinin
növbəti mərhələsinə həsr olunmuş müşavirə
keçirilib. Müşavirədə təhsil naziri Misir
Mərdanov "İlin ən yaxşı müəllimi"
müsabiqəsinin üçüncü mərhələsi üzrə
nəzərdə tutulan tədbirlərdən danışıb
və bu mərhələdə müəllimlərin 10
dəqiqəlik təqdimatla çıxış
edəcəyini bildirib. Nazir həmin müəllimlərin
qiymətləndirilməsi üçün müvafiq meyarların hazırlanmasının
vacibliyini qeyd edib. Tədbirlərdə ilk olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə müsabiqədə iştirak edən müəllimlərin təqdimat etməsi, müvafiq işin iyunun sonunadək başa çatdırılması, bu mərhələ üzrə meyarların müəyyənləşdirilməsi, "İlin ən yaxşı məktəbi" müsabiqəsi üzrə görülən işlər və digər məsələlər ətrafında müzakirələr aparılıb. |
Ulu öndərə həsr edilmiş şahmat turniri
Təhsil Nazirliyi və Yeni Azərbaycan
Partiyasının birgə təşkil etdikləri şahmat
yarışı 5 yaş qrupunu əhatə etmişdir. Mərasimdə təhsil nazirinin müavini
Elmar Qasımov, YAP-ın icraçı katibi, millət
vəkili Əli Əhmədov, gənclər və idman
nazirinin müavini İsmayıl İsmayılov və
digər şəxslər iştirak edirdi. |
Təhsil Nazirliyi III yoxlama imtahanının nəticələrini açıqladı Təhsil Nazirliyindən aldığımız
məlumata görə, aprelin 27-də mərkəzləşdirilmiş
qaydada keçirilmiş üçüncü yoxlama imtahanının
nəticələri 1 may 2008-ci il tarixdə nazirliyin İnternet
saytında yerləşdirilib. Hər məktəbin göstəriciləri
isə 2 may tarixindən yerlərə göndəriləcək. Münaqişə komissiyasına
ərizələr 2008-ci il mayın 5-dən 10-na kimi
qəbul ediləcək. Məlumat üçün bildiririk ki, imtahan respublikanın 9 bölgəsində yerləşən 129 mərkəzdə aparılmışdır. 51.556 şagirdin cəlb edildiyi imtahanın davamiyyət faizi 96,55, müvəffəqiyyət göstəricisi isə 44 faiz olmuşdur. |
İki elm sahəsinin qaynağında formalaşmış görkəmli alim
|
Həmyerlimiz
Fransanın Monpelye Universitetinin müəllimidir
Emin bu görüşə elmi rəhbəri olmuş fransalı professor Jan Mari Russo ilə birlikdə gəlmişdi. |
![]() |
![]() |
![]() |
![]() |