![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər ƏLİYEV
|
TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ilin adamı elan edildi
Prezident
İlham Əliyev bu mükafata 2007-ci ildə Bakı-Tbilisi-Qars
dəmiryolu xəttinin təməlinin qoyulmasına,
Azərbaycan təbii qazının Avropa bazarına çıxmasına,
balanslaşdırılmış xarici siyasət
nəticəsində Azərbaycanı mümkün təhlükələrdən
qorumasına, ölkədə infrastruktur layihələrinin uğurla
həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına,
ölkə ərazisində məcburi köçkünlərin yaşadığı
çadır düşərgələrinin ləğv olunmasına,
vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına,
ordu quruculuğuna, mətbuatın inkişafına verdiyi töhfələrə
görə layiq görülmüşdür. |
|
Bakıda yeni uşaq bağçası açıldı
|
Nazir məktəb direktorluğuna namizədləri qəbul etdi
Görüşdə Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərləri iştirak edirdilər. Zala toplaşanları salamlayan nazir öncə diqqəti son dövrlər təhsildə xüsusi aktuallıq kəsb edən bəzi məsələlərə cəlb etdi. |
Yanvarın 11-də Təhsil Nazirliyində
"İlin ən yaxşı ümumtəhsil məktəbi
və ilin ən yaxşı müəllimi" müsabiqəsi
üzrə yaradılmış Təşkilat Komitəsinin növbəti
iclası keçirilib. Misir Mərdanov qeyd olunan müsabiqə üzrə görüləcək işlərdən danışaraq bildirib ki, müsabiqənin keçirilməsində başlıca məqsəd ölkənin ümumtəhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialının üzə çıxarılması, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimlərin müəyyən edilməsidir. |
Təhsil Nazirliyi bildirir ki, "Loğman"
Səhmdar Cəmiyyətinin təsərrüfat hesablı
tibb məktəbi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli qərarı
ilə qeydiyyata alınmışdır. Bu vaxta
qədər onun fəaliyyətinə Təhsil Nazirliyi
tərəfindən lisenziya verilməmiş, məktəb
yalnız Nazirlər Kabinetinin qərarı əsasında
fəaliyyət göstərmişdir. Fəaliyyəti dövründə (1996-2007-ci
illər) "Loğman" təsərrüfat hesablı
tibb məktəbinin məzunlarına Təhsil Nazirliyi
tərəfindən dövlət nümunəli diplomlar
verilməmişdir. 2006-cı ildə Təhsil Nazirliyinin vəsatəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Loğman" təsərrüfat hesablı tibb məktəbinə tələbə qəbulu dayandırılmışdır. Lakin 2007-ci ildə yeni dərs ilinin başlanğıcında Təhsil Nazirliyinə "Loğman" təsərrüfat hesablı tibb məktəbinə qanunsuz tələbə qəbulunun davam etdirildiyi barədə məlumat daxil olmuşdur. |
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək AzərTAc xəbər verir ki, yanvarın
20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın
bütün ərazisində 20 Yanvar şəhidlərinin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq,
gəmilərdən, avtomobillərdən və qatarlardan
səs siqnalları veriləcəkdir. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin on səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı"na uyğun olaraq, respublikanın bütün şəhər, rayon, qəsəbə və kəndlərində, idarə və müəssisələrində mərasimlər keçiriləcək, paytaxtda yerləşən bütün nazirlik, komitə, şirkət, idarə və təşkilatların nümayəndələri 20 Yanvar günü Şəhidlər Xiyabanına gələrək qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edəcəklər. |
Bakı
Slavyan Universiteti yeni inkişaf mərhələsində Müstəqilliyimizin əbədiliyini və dönməzliyini
təmin etmiş ümummilli lider Heydər Əliyevin
fədakar əməyi nəticəsində Azərbaycanın
dünya birliyinə inteqrasiyası, inkişaf etmiş xarici
ölkələrlə qurulan və günbəgün möhkəmlənən
əlaqələr, respublikamızın müasir dünyaya qovuşması
gənc nəslin təlim-tərbiyəsi sahəsində
aparılan dövlət siyasəti qarşısında yeni
tələblər qoydu. Bu baxımdan ümummilli lider
Heydər Əliyevin 2000-ci iİ 13 iyunda imzaladığı
"Azərbaycan Respublikasında təhsil sisteminin
təkmilləşdirilməsi haqqında" fərman
və bu sənədin dövlət strukturları qarşısında
qoyduğu vəzifələrin icrası ilə bağlı
görülmüş tədbirlər ölkənin təhsil sisteminin
inkişafında tarixi addım kimi
qiymətləndirilməlidir. |
20
Yanvar faciəsi ilə əlaqədar Bakı Şəhəri
üzrə Təhsil İdarəsi tədbirlər planı
hazırlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxtın təhsil müəssisələrində 20 Yanvar faciəsinin on səkkizinci ildönümünün qeyd olunması ilə bağlı ciddi hazırlıq işləri görülür. Artıq bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın 10.01.2008-ci il tarixli 3 nömrəli əmri ilə tədbirlər planı təsdiq olunub. Plana əsasən yanvar ayının 14-dən 20-dək Bakı şəhərinin ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunan müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. |
Fənn
olimpiadalarının rayon (şəhər)
mərhələsi başa çatdı Respublika turuna vəsiqə uğrunda Yanvarın 13-də
məktəblilərin fənn olimpiadalarının rayon (şəhər)
mərhələsinin II turu Bakı şəhəri üzrə,
7, 46 və 160 nömrəli ümumtəhsil
məktəblərində təşkil olunmuşdu. Əməkdaşlarımız
hər üç məktəbdə olmuş, olimpiadaları müşahidə
etmişlər. Aşağıda onların qeydlərini
oxuculara təqdim edirik. Biz həmin gün bilik yarışını müşahidə etmək üçün Bakının 46 nömrəli məktəbində olduq. Məktəbin həyətinə xeyli sayda müəllim, şagird və valideyn toplaşmışdı. |
Qış
imtahan sessiyası davam edir
|
|
Təlimin
keyfiyyətinə təsir edən bəzi amillər Hazırda təhsilin keyfiyyətinin yüksəldilməsi
bu sahədə çalışanların qarşısında
duran əsas vəzifədir. Bu vəzifənin uğurlu
həlli üçün, ilk növbədə, məktəbdə
səmimilik, qarşılıqlı hörmət və
tələbkarlıq şəraiti mövcud olmalıdır.
Bu baxımdan tədris ocağında müəllim-şagird,
məktəb-valideyn və eyni zamanda direktor-müəllim münasibətləri
mühüm əhəmiyyət kəsb edir. Əgər bu münasibətlər
düzgün qurulubsa, onda təlimin keyfiyyətindən danışmaq
olar. Yox əgər məktəbdə demokratik ab-hava, qarşılıqlı
səmimiyyətə əsaslanan münasibətlər yoxdursa
təhsilin keyfiyyətinə
müsbət təsir edən birgə fəaliyyət
də mümkün olmayacaq. Bu baxımdan məktəbdə
valideyn, müəllim-şagird münasibətlərini
təhsilin keyfiyyətini artıran əsas
amillərdən biri kimi götürmək olar. Təhsilin keyfiyyətinə təsir edən amillərdən biri də dərsdinləmədir. Əgər müəllimin dərsi vaxtaşırı və yaxud da tez-tez dinlənilərsə, onda müəllimin məsuliyyəti artar və dərsə hazırlıq səviyyəsi yüksələr. Bundan başqa, dərsdinləmə məktəblə valideyn və ictimaiyyət arasında körpü yaradır və bu da müəllimin fəaliyyətinə ictimai nəzarəti təmin etməyə imkan verir. Hamımıza yaxşı məlumdur ki, məktəblərdə "açıq dərs"lər keçilir. Keçilən "açıq dərs"lər müzakirə olunur, fikir, təcrübə mübadiləsi aparılır. |
![]() |
![]() |
![]() |
![]() |