![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər
ƏLİYEV |
"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Prezident
İlham Əliyev təhsilin ölkəmizdə prioritet
sahələrdən biri olduğunu vurğuladı və
bu sahədə Azərbaycanda böyük işlərin görüldüyünü
qeyd etdi. Dövlət başçısı Azərbaycan ilə
Amerika Birləşmiş Ştatları arasında
təhsil, mədəniyyət və digər
sahələrdə əməkdaşlığın uğurla
inkişaf etdiyini bildirdi və bu istiqamətdə
əlaqələrimizin bundan sonra da davam
etdiriləcəyinə əminliyini ifadə etdi. AzərTAc
|
Məktəbəqədər təhsillə bağlı müşavirə
Müşavirəni giriş sözu ilə açan təhsil naziri Misir Mərdanov təhsil sisteminin ilk pilləsi olan məktəbəqədər təhsilin uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında, məktəb həyatına hazırlanmasında mühüm rol oynadığını xüsusi vurğuladı. |
Ehtiyaclara görə maliyyələşmə mövzusunda seminar
Müasir Təhsil və Tədrisə Yardım
Mərkəzinin rəhbəri Elmina Kazımzadə
tədbiri açaraq sözü təhsil
naziri Misir
Mərdanova verdi. |
Ali
və orta ixtisas təhsili sahəsində son bir ilin hesabatı
Başa çatdırılan tədris ilində
ölkəmizdə istehsal proseslərinin genişləndirilməsi,
iqtisadiyyatımızın sürətli inkişafı və
yeni iş yerlərinin açılması ilə
əlaqədar olaraq mövcud istiqamətlərin və
ixtisasların siyahısına yeni ixtisasların
əlavə olunması və bəzi ali
məktəblərdə yeni açılmış ixtisaslar üzrə
Dövlət təhsil standartlarının hazırlanması
işi davam etdirilmişdir. |
Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri Naxçıvan Dövlət Universitetində "Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri" mövzusunda perspektiv şəbəkələndirmə üzrə NATO işçi elmi seminarı (Şəbəkə idarəetməsi üzrə VI CEENet işçi elmi seminarı) keçirildi. Tədbir NDU, Şimali Atlantika Birliyi, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının (Polşa) təşkilatçılığı ilə gerçəkləşdirildi. Elmi seminarın iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, dahi öndərin ev muzeyində oldular. Sonra qonaqlar universitetdəki CİSKO Akademiyası və müxtəlif İnternet zalları ilə tanış oldular. |
Yeni texnologiyalardan yaradıcı istifadə edilir Bu gün gənclərin mürəkkəb
məsələləri həll etmək, yaranmış
şəraiti qiymətləndirmək, alternativ variantları
müqayisə edərək, qərarlar çıxarmağı
bacarmaq və s. keyfiyyətlərə malik vətəndaş
kimi formalaşması üçün təhsildə yeni yanaşmaların
və təlim prosesində müasir texnologiyalardan
istifadənin tətbiqi vacibdir. Görəsən, müasir
təlim metodlarından, yeni texnologiyalardan
dərslərdə hansı formada istifadə edilir? Bakı
Dövlət Pedaqoji Kollecinin müəllimləri Sənubər
Məmmədova və Dilarə Hacıyevanın (resurs
mərkəzinin sədri) qənaəti belədir: - İnnovativ pedaqoji fəaliyyət dəyişməyə başlayan prosesə bir çox subyektlərin ardıcıl qoşulmasını nəzərdə tutan kollektiv xarakterli mürəkkəb sistemdir. |
Polis
Akademiyasında tədris prosesinin informasiyalaşdırılması
yeni mərhələdə
|
![]() |
![]() |
![]() |
![]() |