|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Lev Landaunun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı 2008-ci ildə Nobel mükafatı laureatı
Lev Landaunun 100 illik yubileyi tamam olur. Bakıda anadan olmuş
Lev Landau burada ilk təhsilini almış, gimnaziyanı
və Bakı İqtisad Texnikumunu bitirmiş, Azərbaycan
Dövlət Universitetində oxumuşdur. Dahi fizikin
vətəni Bakı şəhərində Lev Landaunun 100
illik yubileyinin layiqincə keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram: 1. Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
birlikdə Lev Landaunun 100 illik yubileyinə həsr olunmuş
tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 yanvar 2008-ci il
|