![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycan Prezidenti İlham Əliyev Pekin olimpiadasında cüdoçuların mükafatlandırılma mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev həmin yarışı izləmiş və mükafatlandırılma mərasimində iştirak etmişdir. Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsi Reynaldo Qonzales Lopes Olimpiya oyunlarının 73 kiloqram çəki dərəcəsində cüdo yarışlarının qalibi, Azərbaycan cüdoçusu Elnur Məmmədliyə, habelə 2-ci və 3-cü yeri tutmuş idmançılara medalları təqdim etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev idmançılara gül dəstələri təqdim edərək, təbriklərini bildirmişdir. Elnur Məmmədlinin şərəfinə Azərbaycanın Dövlət bayrağı qaldırılmış və ölkəmizin himni səslənmişdir. Xatırladaq ki, Azərbaycan idmançısı keçirdiyi beş görüşün hamısında təmiz qələbə qazanmışdır.
|
![]() |
![]() |
![]() |
![]() |