![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Görüşdə
ölkəmizin təhsil sistemində yüksək texnologiyaların
tətbiqinə böyük üstünlük verildiyi bildirilib
Görüşdə son zamanlar dünyada informasiya texnologiyalarının geniş tətbiq olunması, Azərbaycanda bu sahənin inkişafına böyük diqqət yetirilməsi vurğulandı. Con çambers Azərbaycanda Prezident İlham Əliyevin iqtisadiyyatın çoxşaxəliliyi və qeyri-neft sektorunun inkişafı istiqamətində apardığı siyasəti yüksək dəyərləndirdi, bu yolda informasiya texnologiyasının əsas rol oynadığını bildirdi. |
TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Koreya Respublikası Baş nazirinin müavini Heydər Əliyev Fondunda olub Koreya Respublikası Baş nazirinin müavini,
təhsil və insan ehtiyatlarının inkişafı
naziri Kim Sin-İlin başçılıq etdiyi nümayəndə
heyəti yanvarın 25-də Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara ümummilli lider Heydər Əliyevin
xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış
Fondun məqsədləri, ulu öndərin şəxsi
arxivindən götürülmüş eksponatlar haqqında ətraflı
məlumat verildi. Bildirildi ki, Fondun əsas
məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin
zəngin irsini öyrənmək və təbliğ
etməkdən, Azərbaycanın sosial-iqtisadi,
mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı
fəaliyyəti barədə gələcək
nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür
yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin
geniş təbliği ilə əlaqədar aparılan işlərə
kömək göstərməkdən ibarətdir. Fond həm
də genişmiqyaslı layihələr həyata keçirir,
görkəmli siyasi xadimin arzularının reallaşmasına
öz töhfəsini verir. |
Misir
Mərdanov türkiyəli qonaqları qəbul etdi
Nazir qonaqları səmimi salamlayaraq onları
Təhsil Nazirliyində görməkdən məmnun olduğunu
qeyd edib. Görüşdə cənab Arif Korkmaz cari ildə Bakıda Türk Dünyası Memarlıq və Şəhərsalma üzrə II Qurultayın keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Qeyd edilib ki, müvafiq sahə üzrə I qurultay 2007-ci ilin aprelində Ankara şəhərində keçirilib. Eyni zamanda qonaqlar ölkəmizdə olduqları müddətdə bir sıra dövlət qurumlarında görüşlər keçirəcəkləri barədə də məlumat veriblər. |
YAP
Gənclər Birliyinin üzvləri ilə Qubada görüş
Tədbiri giriş sözü ilə YAP-ın
icraçı katibi Əli Əhmədov açıb, Partiyanın
Gənclər Birliyinin fəaliyyəti və
tələbələrlə görüşün məqsədi
barədə məlumat verib. Tədbirdə təhsil naziri "Davamlı inkişafa əsaslanan təhsil strategiyası" mövzusunda təqdimatla çıxış edib. Nazir öz təqdimatında ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış etibarlı baza əsasında son illərdə təhsilin inkişafı, ölkənin həyatında baş vermiş ən əhəmiyyətli nailiyyətlər barədə məlumat verib. |
Boloniya prosesi: nəzəri və praktik məsələlər Azərbaycan
Təhsil Şurası bu mövzuda elmi-praktik konfrans keçirdi
Şuranın Təhsil Nazirliyi ilə birlikdə yanvarın 30-da Təhsil Nazirliyinin akt zalında keçirdiyi "Boloniya prosesinin nəzəri və praktik-texnoloji məsələləri" mövzusunda elmi-praktik konfrans da belə tədbirlərdən biri idi. |
İordaniyalı qonaqlar Təhsil Nazirliyində
öncə nazir qonaqları səmimi salamlayıb və onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. |
"Azərbaycan
gənclərinin genetik potensialı çox böyükdür"
- Fuad müəllim,
özünüz haqqında bir
qədər məlumat verərdiniz. - 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşam. |
TEMPUS
proqramı çərçivəsində seminar ölkəmizin
bir qrup ali təhsil işçisi Belçikanın
|
Uşaqlar kompüterdən neçə saat istifadə edə bilərlər?
|
çətin
olsa da, tərbiyə olunurlar Cəmiyyətdə ailədən sonra məktəb gələcəyimiz olan uşaqların tərbiyəsinə təsir göstərən başlıca amildir. Elə bir müəllim, valideyn tapılmaz ki, övladının tərbiyəsinə biganə qalsın. Cəmiyyətdə bir qrup uşaqlar var ki, onların diqqətə, qayğıya daha çox ehtiyacı var. Bunlar əlil, eləcə də müxtəlif səbəblər üzündən valideyn himayəsində böyüməyən uşaqlardır. çox sevindirici haldır ki, dövlətimiz bu uşaqların cəmiyyətə inteqrasiyası sahəsində bir çox böyük layihələr həyata keçirir. Onların bu cəmiyyətin üzvü, xüsusilə gələcəkdə ölkəyə xeyir verə bilən vətəndaş kimi böyüyüb başa çatması istiqamətində təqdirəlayiq işlər görür. Təəssüf doğursa da, qeyd etməliyik ki, ölkəmizdə kimsəsiz, əlil, ciddi tərbiyəyə ehtiyacı olan, hələ də küçələrdə yaşayan uşaqlarımız da var. Bu yazıda həmin uşaqların bir qisminin cəlb olunduğu Bakının Mərdəkan qəsəbəsindəki "Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsi"ndə gördüklərimizi qeydə aldıq. |
"Onun
mühazirələri də düşüncələri kimi
bənzərsiz idi" Rus bəstəkarı Rodion Şedrinin
dediyi kimi, Qara Qarayev yeni Azərbaycan musiqisinin beynəlxalq məktəbinin yaradıcısıdır.
Həqiqətən, klassik və milli musiqi
sənətimizin inkişafında,
dünya səviyyəsində tanınmasında onun danılmaz
xidmətləri var. Qara Qarayev elə bir şəxsiyyətdir
ki, onun adı çağdaş
Azərbaycan musiqi
mədəniyyəti quruculuğunda
böyük irs qoyub getmiş
dahi bəstəkarımız üzeyir Hacıbəyovun
adı ilə bir çəkilir.
İstedadlı bəstəkarın
əsərlərinin hər biri
yenilik, gözəllik, güc və ifadəlilikdən doğan
musiqidir. Müəllimləri,
həmkarları onun musiqi əsərləri haqqında
həmişə yüksək fikirdə olublar. Azərbaycan musiqi sənətinə o, çox töhfələr verib. Klassik və milli musiqimizin müxtəlif janrlarında əsərlər yaratmaqla bərabər, Qara Qarayev xalqımız üçün yüzlərlə musiqişünas və onlarca bəstəkar yetirib. Tələbələri üçün Qara Qarayev əvəzsiz bir pedaqoq olub. |
![]() |
![]() |
![]() |
![]() |