![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Prezident İlham Əliyev Ankaradakı Heydər Əliyev adına ibtidai məktəbdə olub
Məktəbin binasının
həyətində şagirdlər, valideynlər,
məhəllə sakinləri Prezident İlham Əliyevi,
xanımı Mehriban Əliyevanı böyük
səmimiyyətlə qarşıladılar. Məktəblilərin ifasında
Azərbaycanın və Türkiyənin milli rəqsləri,
xalq mahnıları böyük maraq doğurdu. |
Azərbaycan Prezidenti İlham Əliyev dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni qəbul edib Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 10-da "Bakutel-2008" XIV
Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya
texnologiyaları sərgisində iştirak etmək üçün ölkəmizdə
səfərdə olan dünya şöhrətli alim, həmyerlimiz Lütfi
Zadəni qəbul etmişdir. Cənab Lütfi Zadə Bakıya
səfərindən və Prezident İlham Əliyevlə görüşündən
məmnunluğunu bildirdi. İlk dəfə 1965-ci ildə Bakıda
birgünlük səfərdə olduğunu xatırladan alim
budəfəki səfərin onda böyük təəssürat yaratdığını
söylədi. O, ötən dövr ərzində ölkəmizin xeyli
dəyişdiyini, Bakıda böyük abadlıq və quruculuq işləri
ilə yanaşı, elmin və mədəniyyətin inkişafının
da yüksək səviyyədə olduğunu vurğuladı. Lütfi
Zadə əldə olunan bütün bu nailiyyətləri
Azərbaycan Prezidenti İlham Əliyevin elmə və
mədəniyyətə göstərdiyi qayğı və
diqqətin nəticəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı bildirdi ki,
Azərbaycan hazırkı imkanlarından istifadə
etməklə elmin, təhsilin və mədəniyyətin müxtəlif
sahələrini inkişaf etdirməyi, ən müasir texnologiyaların
tətbiqini qarşıya məqsəd qoymuşdur. Prezident
İlham Əliyev dedi ki, indi ölkə üçün başlıca
prioritet məsələ qeyri-neft sektorunun inkişaf
etdirilməsidir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fransa
Dövlət Şərq Dilləri və
Mədəniyyətləri İnstitutunda Azərbaycan dili
fakültəsi açılıb Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva açılış mərasimində iştirak
edib
|
Təhsil Nazirliyinin kollegiya iclasında
Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasının əhəmiyyətindən bəhs edən nazir 1999-2000-ci dərs ilindən etibarən buraxılış imtahanlarının test sualları vasitəsilə aparılmasının irəliyə doğru bir addım olduğunu qeyd etdi. Şagirdlər test sualları vasitəsilə imtahan vermək vərdişləri əldə etdilər ki, bu da məzunların ali məktəblərə qəbul imtahanlarında testlərlə bacarıqla işləmə vərdişlərini formalaşdırdı. |
İki ölkənin ali təhsil sahəsindəki əməkdaşlığı daha da inkişaf edəcək
Məlumat üçün bildirək ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Türkiyə Respublikasının ali təhsil nazirinin Azərbaycana bu, ilk rəsmi səfəridir. Yüksək öyrətim Kurulu (Ali Təhsil Nazirliyi) Türkiyədə ali təhsilə cavabdeh olan və ali məktəblərin işini koordinasiya edən bir dövlət qurumudur. Qurum Türkiyə Respublikası Prezidenti tərəfindən təsdiq edilən başqan (sədr), onun müavini və bir neçə daimi üzvdən ibarətdir. Qurumun iclaslarında ali məktəb rektorlarının iştirakı ilə ali təhsilin mühüm məsələlərinə aid müzakirələr aparılır. |
Ali məktəblərdə müəllim və tələbələr Boloniya prosesi ilə bağlı nə bilirlər?
|
![]() |
![]() |
![]() |
![]() |