![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Tomas Farrell ölkəmizə əvvəlki səfərlərindən ötən dövr ərzində Azərbaycanda böyük inkişafın və irəliləyişlərin şahidi olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müasir cəmiyyət quruculuğu istiqamətində atılan addımlardan yaxşı xəbərdar olduğunu söylədi. Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə son illər böyük uğurlar qazanıldığını vurğulayaraq Azərbaycanın gələcək inkişafı üçün qarşıda mühüm vəzifələrin dayandığını bildirdi. |
TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ QOYULAN VƏSAİTDİR" İndi
biz faktiki olaraq, Azərbaycanda bütün məktəb
infrastrukturunu yeniləşdiririk. İndiyədək
800-ə yaxın məktəbin tikilməsi və
gələcək illərdə yüzlərlə
məktəbin tikintisi - bu, məktəb sahəsinin
maddi-texniki bazasının yeniləşdirilməsini,
təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı
da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt
gəlib ki, biz mövcud məktəblərin təmirinə
də daha çox vəsait ayıraq. çünki buna da böyük
ehtiyac var, xüsusilə, Bakı şəhərində.
Yəqin ki, bu il, gələn il Bakı şəhərində
yerləşən bütün məktəblərin istilik
təchizatı problemləri həll olunmalıdır. Bu,
həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər
və rayonlarda da biz bunu həll etməliyik və mövcud
məktəbləri də çox gözəl
səviyyəyə gətirib çıxarmalıyıq. Bu sahədə vəsaitə qənaət
etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin
gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf
etmiş ölkələrin uğurlarının
səbəbi də məhz ziyalı
təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji
yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik
ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı
olsun və ölkəmizin inkişafında çox böyük rol
oynasınlar. Prezident İlham Əliyevin
sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin
birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı
nitqindən. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İngilis dili təmayüllü uşaq evi-məktəbdə tərbiyə alanlar akt salonunda maraqlı konsert proqramı ilə çıxış etmişlər. Konsertdə Azərbaycan və rus rəqsləri, Azərbaycan bəstəkarlarının mahnıları, müxtəlif kompozisiyalar ifa edilmişdir. Leyla Əliyeva məktəbin şagirdləri qarşısında çıxışında Fondun çoxtərəfli fəaliyyətindən danışmışdır. O demişdir ki, təhsilə və məktəblərə kömək Fondun fəaliyyətinin üstün istiqamətlərindən biridir. Son illərdə Fondun təşəbbüsü ilə Azərbaycanda 300-ə yaxın məktəb tikilmiş və yenidən qurulmuşdur.
|
Nazir
ABŞ Dövlət katibinin müşaviri ilə görüşdü
öncə nazir qonaqları səmimi salamlayıb, onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirdi. ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən nazir Azərbaycan Respublikası Təhsil Nazirliyinin beynəlxalq əlaqələrində ABŞ-ın həm məzmun, həm də miqyas baxımından aparıcı yer tutduğu və beynəlxalq əməkdaşlıqda ABŞ-la əlaqələrə Azərbaycanın böyük əhəmiyyət verdiyini vurğuladı. |
Təhsil
Nazirliyində mətbuat konfransı
|
üç
şöbənin işi "əla"
qiymətləndirildi Fevralın 2-də Təhsil
nazirliyində nazirliyin mərkəzi aparatında çalışan
dövlət qulluqçularının fəaliyyətinin
qiymətləndirilməsinə həsr olunmuş müşavirə
keçirildi. Nazir müavinlərinin, nazirliyin şöbə və
bölmə müdirlərinin, Təhsil Problemləri İnstitutu
və Bakı Şəhəri üzrə Təhsil İdarəsi
rəhbərlərinin iştirak etdiyi tədbiri təhsil
naziri Misir Mərdanov açaraq diqqəti ölkənin təhsil
həyatında son günlər baş vermiş bəzi mühüm
hadisələrə yönəltdi. Nazir bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 31-də imzaladığı "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamını yüksək qiymətləndirdi. |
İnternetin
təhlükəli cəhətlərindən necə qorunmalı? İnternet
indi təkcə iş üçün deyil
|
Məktəb
direktorları üçün İKT kursları yaxın günlərdə
fəaliyyətə başlayacaq ötən ilin sonlarında Bakı və
Sumqayıt şəhərlərinin ümumtəhsil
məktəblərində aparılan monitorinqin
nəticələri təhsil müəssisələrində
informasiya-kommunikasiya texnologiyalarından istifadə
səviyyəsinin məktəb rəhbərliyinin kompüter
savadından asılı olduğunu göstərdi. Məhz bu
səbəbdən təhsil sistemində kadrların
həmin sahə üzrə bilik və bacarıqlarının
minimum səviyyəsini müəyyənləşdirən
meyarların hazırlanması və məktəb
direktorları üçün kursların təşkil edilməsi
qərara alınıb. Artıq təhsil nazirinin buna müvafiq
əmri verilib. Həmin əmrə əsasən həyata keçiriləcək tədbirlərlə əlaqədar nazirliyin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqova müraciət etdik. Onun bildirdiyinə görə, əmrin verilməsindən keçən müddət ərzində şöbədə təhsil sistemində kadrların İKT üzrə minimum bilik və təcrübəyə malik olması üçün təyin olunan meyarlar hazırlanıb və buna uyğun proqramların tərtib edilməsi məqsədilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna göndərilib. |
Məktəb
laboratoriyalarında vəziyyət necədir? Bakının ümumtəhsil
məktəblərində fizika, kimya, biologiya fənn
laboratoriyalarının təchizi və onlardan istifadə
vəziyyətini öyrənmək məqsədilə bir neçə
təhsil müəssisəsində olduq.
Fizika müəllimləri N.İbrahimova və B.Nuriyevanın dediklərindən məlum oldu ki, 1983-cü ildən bu təhsil müəssisəsinə heç bir laboratoriya avadanlıqları alınmayıb. Laboratoriya və fənn kabinetində saxlanılan 120-dən çox əyani vəsaitin əksəriyyəti yararsız vəziyyətdədir. Kinoproyektor, ştativlər, pinometr, ampermetr, voltmetr və digər texniki vasitələrə böyük ehtiyac var. Müəllimlər laboratoriyadakı avadanlıqların bir neçəsindən dərslərdə şagirdlərdə ümumi təsəvvür yaratmaq üçün istifadə etdiklərini dedilər. Qalanlarının isə sınıq-salxaq olduğu üçün təmirə ehtiyacı var. |
|
Son illər təhsilimizdə aparılan
islahatlar, həyata keçirilən tədbirlər özünün müsbət
nəticələrini büruzə verməkdədir. Bu gün
təhsilin ən müxtəlif pillələrində bir
yeniləşmə, canlanma hiss olunmaqdadır. Xüsusilə
orta məktəblərimizdə aparılan dəyişikliklər
təhsilimizin inkişafına, onun keyfiyyətinin yüksəlməsinə
səbəb olmaqla yanaşı, müəllimlərimizin öz
işlərinə daha yaradıcı şəkildə
yanaşmasına, yüksək peşəkarlıq nümayiş
etdirməsinə imkan yaradıb. Hazırda Azərbaycan
məktəbi dedikdə göz önündə tamam fərqli, daha
müasir, təlim-tərbiyə prosesini çox yüksək
səviyyədə quran təhsil ocaqlarımız canlanır.
Təbii ki, bu dəyişikliklərin
təlim-tərbiyə prosesinin iştirakçıları olan
müəllim və şagirdlər canlı şahididirlər. Bəs görəsən valideynlər necə, öz övladlarının təhsil aldıqları orta məktəblərdə həmin dəyişiklikləri hiss edirlərmi? |
Təhsil Nazirliyinin "Kurrikulum" adlı yeni jurnalı nəşrə başladı
|
![]() |
![]() |
![]() |
![]() |