|
Ən
yeni məktəblərimiz
Suraxanı
rayonunun Dədə Qorqud yeni yaşayış
massivində 315 nömrəli orta məktəb ötən ilin
sentyabrında istifadəyə verilib. Təhsil Nazirliyi
tərəfindən inşa edilən 960 yerlik 3 korpusdan
ibarət olan məktəb üçmərtəbəlidir.
Təhsil ocağında 48 sinif otağı, 2 fənn
kabineti, akt, idman, kompüter zalları, kitabxana, laboratoriyalar
və yeməkxana vardır. Burada lazımi avadanlıqla
təmin olunmuş istilik sistemi də istifadəyə
verilib. Məktəbin həyətyanı sahəsi abadlaşdırılıb.
Fazil İDRİSOĞLU
|