![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva uşaq
evlərində olub
Məktəbin direktoru Zöhrə Hüseynova
bildirdi ki, 70 ildir fəaliyyət göstərən uşaq
evində təxminən 100 uşağın sağlamlığı,
təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 2
əmək müəllimi, 1 psixoloq-həkim, 4 tibb bacısı,
2 dərnək rəhbəri və 1 musiqi müəllimi
məşğul olur.
Mehriban xanım uşaq evində yaradılmış
şəraitlə tanış oldu, problemlərlə
maraqlandı. Direktor bildirdi ki, Buzovnadakı yay düşərgəsinin
yenidən qurulmasına ehtiyac vardır. Heydər Əliyev Fondunun prezidenti
məsələnin araşdırılması, habelə uşaq
evinin nəqliyyat probleminin həlli ilə bağlı tapşırıqlarını
verdi. Sonra balacalar musiqi istedadlarını göstərdilər,
Azərbaycanın Dövlət himnini və şeirlər söylədilər.
Uşaqlarla xatirə şəkli çəkdirən
Heydər Əliyev Fondunun prezidenti onların görüşünə
tez-tez gələcəyini vurğuladı. * * * Növbəti görüş Suraxanı rayonunun Yeni
Günəşli qəsəbəsindəki 2 nömrəli uşaq
evində oldu. Heydər Əliyev Fondunun "Uşaq
evləri və internat məktəblərinin inkişafı"
Proqramı çərçivəsində yenidən qurulmuş uşaq
evində hər cür şərait yaradılmışdır.
Müdir Sevda Hacıyeva burada 3-16 yaşlarında
140 uşağın təlim-tərbiyəsi ilə
20-yə yaxın pedaqoqun məşğul olduğunu
bildirdi. Mehriban xanım Əliyeva uşaqların
məişət şəraiti ilə maraqlandı. özfəaliyyət kollektivinin çıxışı,
uşaqların söylədikləri şeirlər maraqla qarşılandı.
Mehriban xanım əmək təlimi otağında uşaqların
əl işlərinə, o cümlədən onların
muncuqdan düzəltdikləri Heydər Əliyev Fondunun
loqosuna maraqla baxdı, kompüter otağı, rəqs otağı
və kitabxana ilə tanış oldu. Balaca Aytacla söhbət
edən Mehriban xanım onun istəklərini soruşdu.
Aytac qırmızı rəngdə ispan milli paltarı
istədiyini dedi. Heydər Əliyev Fondunun prezidenti söz
verdi ki, ertəsi gün balaca Aytaca ispan milli paltarı göndərəcəkdir. Uşaqlar Mehriban xanımın onlara
hədiyyə etdiyi kompüterlərə görə
minnətdarlıqlarını bildirdilər. Mehriban xanım uşaqlarla xatirə şəkli
çəkdirdi. * * * Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanı
və qızı Arzunu Bakının Nərimanov rayonundakı
psixo-nevroloji uşaq evində səmimiyyətlə, gül-çiçəklə
qarşıladılar. Uşaq evinin direktoru İradə Musayeva
məlumat verdi ki, hazırda 70 uşağın olduğu,
lazımi səviyyədə təchiz edilmiş bu müəssisədə
heç bir ciddi problem yoxdur, bəzi çətinliklər var,
bunlar da il ərzində aradan qaldırılır. Burada uşaqların
sağlamlığı ilə 5 həkim və 11 tibb bacısı
məşğul olur. Minnətdarlıqla qeyd olundu ki, Heydər
Əliyev Fondu və şəxsən Mehriban xanım bu uşaq
evinin problemlərini daim diqqətdə saxlayır, bütün
bayramlarda uşaqlara hədiyyələr göndərir.
Sonuncu hədiyyələr isə televizor, kompüter və
digər avadanlıqdan ibarətdir. Fondun prezidenti uşaq evində yaradılmış
şəraitlə, müayinə və müalicə prosesi, uşaqlara
verilən yeməklərin keyfiyyəti, övladlıq
məsələləri ilə maraqlandı. Uşaq evinin
təmiri və yeni korpusun inşası üçün müvafiq
tədbirlər görüləcəyini bildirdi. AzərTAc
|
![]() |
![]() |
![]() |
![]() |