![]() |
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Azərbaycanın birinci xanımı Varşavada eşitmə və danışma qabiliyyətindən məhrum olanlar üçün beynəlxalq mərkəzlə tanış oldu
Azərbaycanın birinci xanımına
beynəlxalq mərkəz, burada yaradılan şərait,
eşitmə və danışma qabiliyyətini itirən
uşaqlarla bağlı görülən işlər, həyata
keçirilən layihələr barədə məlumat verildi.
Daha sonra Mehriban xanım Əliyeva
beynəlxalq mərkəzlə yaxından tanış
oldu. Qeyd edildi ki, bu mərkəz eşitmənin fiziologiyası
və patologiyası üzrə institutun bir bölməsidir. Varşavadan
20 kilometr kənarda yerləşən institutda ildə 11
min nəfər müalicə alır. Onlardan 6 mindən çoxunun
üzərində cərrahiyyə əməliyyatı aparılır.
Mərkəzlə tanışlıqdan
sonra Mehriban xanım Əliyeva Fəxri qonaqlar kitabına
ürək sözlərini yazdı. Sonda Azərbaycanın birinci xanımı
mərkəzin kollektivi ilə xatirə şəkli çəkdirdi. AzərTAc
|
![]() |
![]() |
![]() |
![]() |