|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik Hörmətli
həmvətənlər! Sizi
xalqımızın ən əziz bayramı - Novruz bayramı
münasibətilə səmimi-qəlbdən təbrik edir,
hər birinizə cansağlığı və
səadət arzulayıram. Təbiətin
insanlara töhfəsi olan Novruz bayramının hər
gəlişi əsrlərdən bəri Azərbaycanda
bolluğun, bərəkətin və xeyirxahlığın
təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə
gündüzün bərabərləşdiyi ilk bahar günündə
yurdumuza qədəm qoyan bu bayram insanları daim
birliyə, sülhə və əmin-amanlığa
səsləyir. Bahar mərasimləri,
adət-ənənələri əsrlərin sınağından
çıxaraq ulu babalarımızdan bizə yadigar qalmış
misilsiz ərməğandır. Milli təfəkkürümüzün və mədəni-mənəvi dəyərlərimizin parlaq təcəssümü sayılan Novruz bayramı suveren Azərbaycan dövlətinin rəsmi bayramı olaraq müstəqil respublikamızın hər bir guşəsində kütləvi şənliklərlə qeyd edilir.
|
Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib
Martın 18-də ümumxalq
səsverməsinə çıxarılan Referendum Aktında
Konstitusiyanın 29 maddəsinə təklif olunan
əlavələr və dəyişikliklər insan hüquqları
ilə bağlı təminatları daha da genişləndirir,
dəqiqləşdirir və beynəlxalq müqavilələrdə
əksini tapmış təminatları özündə əks
etdirir. Müstəqil Azərbaycan Respublikasının tarixinə Konstitusiyaya əlavə və dəyişiklik edilməsi üçün ikinci dəfə keçirilən referendumda seçici siyahılarına 4,8 milyondan çox seçici daxil olunmuşdur. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində beynəlxalq elmi simpozium başlanıb
Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri MEHRİBAN ƏLİYEVA simpoziumu açaraq demişdir: -Simpoziumun işində iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn bütün qonaqlarımıza "Azərbaycana xoş gəlmişsiniz!" deyirəm.
|
Misir MƏRDANOV, Azərbaycan Respublikasının
təhsil naziri
Hörmətli təhsil işçiləri! Sizi, Sizin şəxsinizdə bütün xalqımızı
əziz Novruz bayramı münasibəti ilə ürəkdən
təbrik edir, hamınıza cansağlığı,
səadət və işlərinizdə böyük uğurlar
arzulayıram. Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir. |
Yazın gəlişi yaxınlaşdıqca
ulu çağlardan azərbaycanlılar sinilərdə,
məcməilərdə buğda, arpa, noxud, mərci
və digər taxıl məhsullarından səməni göyərdər,
ona baxıb sevinər, fərəhlənərdilər: Səməni, al məni, Hər yazda sən yada sal məni. Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimidir. Səməni həm yaşıllığın, həm də əkinçiliyin rəmzidir. Səməninin varlığı da, həyat verəni də, mənası da taxıldır. |
Təhsil Nazirliyinin kollegiyasında Sumqayıt Şəhər Təhsil Şöbəsinin təcrübəsi müzakirə olundu
|
Fransız dilinin tədrisinə dair elmi-praktik konfrans
|
|
Sumqayıtda dərslik müəllifləri ilə görüş keçirildi
Tədbiri giriş sözü ilə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı açaraq bildirdi ki, son illər Azərbaycan təhsilinin beynəlxalq təhsil sisteminə inteqrasiyası istiqamətində böyük işlər görüldüyünün şahidiyik. |
Respublika birinciliyinin qalibləri mükafatlandırılıb Martın 10-12-də Beyləqan rayonunda keçirilən
yunan-Roma güləşi üzrə 1993-1995-ci təvəllüdlü
yeniyetmələr arasında "Təhsil" Respublika
İdman Mərkəzinin Açıq Respublika birinciliyində
17 çəki dərəcəsi üzrə 16 komanda
tərkibində 247 idmançı iştirak edib. Yarış
şəxsi xarakter daşıdığından
Beynəlxalq Güləş Federasiyasının yeni qaydalarına
uyğun keçirilib. I, II, III yeri tutan komandalar mərkəzin müvafiq
diplomları və qiymətli hədiyyələriylə
təltif olunublar. |
Valideynlərlə maarifləndirmə işi genişlənir Təhsil Nazirliyi və YUNİSEF-in dəstəyi ilə yaranmış Azərbaycan Milli Valideyn - Müəllim Assosiasiyası artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərir. VMA-nın icraçı direktoru Təranə Şərifovanın verdiyi məlumata görə, bu illər ərzində təşkilatın apardığı maarifləndirmə işi 1000-ə yaxın məktəbdə Valideyn- Müəllim Assosiasiyasının yaranmasına səbəb olub. 2008-2009-cu tədris ilindən başlayaraq məktəb ailə ilə birgə əməkdaşlığa gəlmək yolunda əhəmiyyətli addımlar atır, bir çox təhsil müəssisələrində valideyn- müəllim birlikləri yaranır. |
British Council-in Azərbaycanda yeni layihəsi - 23
Müəllimlərin,
şagirdlərin və ingilis dilini öyrənənlərin
nəzərinə!
Xarici
dilin öyrənilməsi sahəsində tam yeni və orijinal
metodologiya!
|
![]() |
![]() |
![]() |
![]() |