|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
İngilis dili təlim kursunu bitirən müəllimlərə sertifikatlar təqdim olundu Mayın 1-də Bakıdakı 23 nömrəli
orta məktəbdə "British Council" beynəlxalq
təşkilatı tərəfindən 7 pilot
məktəbinin 55 ingilis dili müəllimi üçün keçirilən
birhəftəlik təlim
kursunun başa çatması ilə
əlaqədar təqdimat
mərasimi keçirildi.Tədbiri giriş sözü ilə
"British Council"un proqramlar üzrə meneceri Gülşən
Hüseynova açaraq bildirdi ki, bu beynəlxalq təşkilat
fəaliyyətini Böyük Britaniyanın digər ölkələrlə
təhsil və mədəniyyət əlaqələrini
inkişaf etdirmək istiqamətində daha da genişləndirir.
"British Council" Təhsil Nazirliyi
ilə birgə müəllimlər üçün yeni
və dinamik ingilis
dili təlim kursu hazırlayıb və ilk dəfədir
ki, belə bir layihə həyata keçirir. Bu təlim kursunun bir hissəsi
artıq 2008-ci ilin iyulunda həyata keçirilmişdir.
Bakının 23, 134, 6, 7 nömrəli
məktəblərində, "Ankara məktəbi"
məktəb-liseyi və S.C.Pişəvəri adına humanitar liseydə işləyən
55 müəllimin I və V siniflərdə dedikləri
dərslərin müşahidələri "British
Council"in trenerləri tərəfindən aparılmış,
sonra isə bu iş II və VI siniflər üçün aprelin
27-dən mayın 1-dək ikinci fazada həyata keçirilmişdir.
Təlim kurslarının aparılmasında Böyük
Britaniyanın dünya şöhrətli ingilis dili mütəxəssisi
Julietta xanımın əməyi böyük
olmuşdur. Mərasimdə çıxış edən
təhsil naziri Misir Mərdanov bildirdi ki, Bakının 7
pilot məktəbində müəllimlər üçün keçirilən
ən müasir ingilis dili təlim kursunu Təhsil Nazirliyi
maliyyələşdirib və yeni olan
bu təşəbbüs müasir təlim
metodlarını təqdim etməklə, Bakının ən aparıcı
55 ingilis dili müəlliminin təkmilləşdirilməsini
həyata keçirib.Təməli qoyulmuş bu işin
yaxın gələcəkdə bütün məktəblərdə tətbiq olunmasının
əhəmiyyətindən söz açan Misir Mərdanov ingilis
dili üzrə savadlı kadrların hazırlanması
ilə yanaşı, rus dilinin də vacibliyini vurğuladı. Məktəb
rəhbərlərindən və xarici dil müəllimlərindən
bu işə məsuliyyətlə yanaşmağı
tələb edən nazir, Təhsil
Nazirliyi ilə səmərəli
əməkdaşlığa görə "British
Council" beynəlxalq təşkilatının
əməkdaşlarına təşəkkürünü bildirdi. Sonra 7 pilot məktəbinin 55 ingilis dili müəlliminə
təhsil naziri Misir Mərdanov və
xanım Julietta tərəfindən sertifikatlar
təqdim olundu. Şakir CƏFƏROV |