|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
|
Heydər Əliyev və Azərbaycan təhsili
Ordubad Rayon Təhsil Şöbəsində "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda tədbir keçirilmişdir. Şöbənin müdiri İ.Həsənov çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyev bütün fəaliyyəti boyu təhsilə böyük əhəmiyyət vermişdir. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə azərbaycanlı gənclər SSRİ-nin müxtəlif şəhərlərində nüfuzlu ali məktəblərə qəbul olunmuş, yüksək səviyyəli mütəxəssislər kimi Azərbaycana qayıtmışlar.
Məktəb və pedaqoji fikir tariximizdən səhifələr
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində aparılan sinifdənkənar tədbirlər VIII məqalə özfəaliyyət axşamları və səhərciklərə aid sənədlərdən aydın olur ki, seminariyada müəllim və tələbələrin gücü ilə əyləncə gecələrinin və səhərciklərin keçirilməsinə xeyli əhəmiyyət verilirdi. Keçirilmiş əyləncə gecələri və səhərciklərin məzmunu geniş və çoxcəhətlidir. Burada həm ədəbi-bədii gecələr, həm də tarixi günlərə, elm və tədris məsələlərinə, rus klassiklərinin, görkəmli pedaqoq və alimlərin xatirəsinə, dini bayramlara, bir çox əlamətdar hadisələrə həsr olunmuş gecə və səhərciklər keçirilirdi.
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycan təhsili: yaxın keçmişə,
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular, bu məqalədə dünyada prioritet təşkil edən və son dövrlərdə xüsusi diqqət yetirilən bir məsələ - yaşlıların təhsili ilə bağlı ölkəmizdə atılan addımlar, bu sahədə qarşıda duran vəzifələr barədə düşüncələrimi sizinlə bölüşmək istərdim. Qloballaşan dünyada bilik və məlumatlar sürətlə dəyişdiyindən bir dəfə alınmış təhsil insanın ömür boyu inkişafını təmin edə bilmir. Hətta ən mükəmməl təhsil sistemində əldə edilmiş biliklərin əksər hissəsi təhsil prosesi başa çatdıqdan bir müddət sonra öz aktuallığını itirir. Müasir dövrdə elm və texnologiya elə sürətlə inkişaf edir ki, biliklərin hər il orta hesabla 20 faizi "köhnəlir" və beləliklə, 5-8 il ərzində peşə və ixtisasların məzmunu inkişafla uzlaşmır, onun yeniləşməsinə ehtiyac duyulur. |
Təhsil naziri yay təlim-istirahət düşərgəsində dincələn istedadlı şagirdlərlə görüşüb
Avqustun 21-də təhsil naziri Misir Mərdanov 16 nömrəli internat məktəbdə olub, buradakı yay təlim-istirahət düşərgəsində dincələn istedadlı şagirdlərlə görüşüb. |
"Azərbaycan alimi olaraq tanınmaq mənə daha xoşdur"
Almaniyanın nüfuzlu elm mərkəzində çalışan həmyerlimiz Məsud Əfəndiyev belə deyir
|
|
Yeni dərsliklər yüksək keyfiyyətilə seçilir
Müsahibimiz Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdır.
- Faiq müəllim, 2009-2010-cu dərs ilində ölkədə neçə adda və nə qədər dərslik buraxılacaq? - Növbəti tədris ilinə respublikanın ümumtəhsil məktəblərinin II, V-XI sinifləri üçün (təlim Azərbaycan dili və rus dillərində) 87 adda 4.256.600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitin çapı planlaşdırılmışdır. Bu, II siniflər üçün kurikulum əsasında 40 adda 1.122.500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3.144.100 nüsxə dərslik deməkdir. II siniflər üçün dərslik komplektlərinin hazırlanması və çapı üzrə açıq tender prosesi başa çatmışdır. |
Yeni dərs ili qarşısında
Nailiyyətlərimiz, qarşıda duran vəzifələr
Məlumdur ki, cəmiyyətin inkişaf yolu təhsildən keçir. Təhsilin fenomenal gücü cəmiyyətin bütün sahələrinin inkişafına təsir göstərir, onu uğurlu bir istiqamətə yönəldir və mütərəqqi ənənələrə söykənməklə nailiyyətlərə doğru aparır. Bu gün Azərbaycan cəmiyyətində bütün sahələrdə olduğu kimi, təhsildə də dəyişikliklər baş verir. Bu dəyişikliklər özünün ictimai, iqtisadi, mədəni xarakteri ilə daha dərin köklərə malik olduğunu göstərir. Azərbaycanın əvəzolunmaz tarixi ənənələri, xüsusən ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-80-ci illərindən Azərbaycan üçün qoyub getdiyi zəngin tarixi irs müasirliyimizin, bugünkü təhsil həyatımızın özülünü təşkil edir. Təhsil sahəsində fəaliyyət göstərən hər bir kəs üçün ulu öndərin "Təhsil millətin gələcəyidir" fikri bir deviz kimi səslənir. |
Dünya universitetləri
|
![]() |
![]() |
![]() |
![]() |